Infoteka.az
Siyasət

Litva səfirliyi: "Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir"

Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.

Bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib.

“Azərbaycanın Tehrandakı səfirliyinə insan tələfatı və yaralılarla nəticələnən silahlı hücumla bağlı yayılan xəbərlərdən dəhşətə gəldik. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, - paylaşımda bildirilib.

Infoteka.az