Infoteka.az
Siyasət

İtaliya səfirliyi: Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi dərindən qəzəbləndirib

"Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi dərindən qəzəbləndirib".

Bunu İtaliyanın Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyranlığımızı ifadə edirik", - səfirlik bildirib.

Infoteka.az