Ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan hökumətinə təşəkkür edib.
İnfoteka.az xəbər verir ki, o təşəkkürünü oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən ifadə edib.
Belə ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb.
O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.