Argentina millisinin sabiq hücumçusu Serxio Aquero PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.
O, yığmadakı sabiq komanda yoldaşı haqda deyib: “Belə davam etsə, 2026-cı il dünya çempionatında rahat oynayacağını düşünürəm. Sonda hər şey başdan, mentalitetdən asılıdır. Ancaq burada proqnozlaşdırmaq mümkün deyil. Bəlkə də yorulacaq və istirahət etmək istəyəcək. Bu halda onun qərarına hörmət edilməlidir. Nə qədər ki, o həzz alır. Növbəti dünya çempionatına hələ üç il qalıb. Bu dünya çempionatında o, yaxşı fiziki formada ola biləcəyini göstərdi".
Qeyd edək ki, Lionel Messi Argentina ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.