Prezident cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Suraxanı Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnfoteka.az xəbər verir ki, yanvarın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.
RİHB-nin müavinlərinin, şöbə müdirlərinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib.
Müraciət edən sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.