Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə İnfoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 228 nəfərdir.

Ölkədə son sutka ərzində 634, hazırkı dövrədək isə 7 485 294 test aparılıb.

Infoteka.az