Infoteka.az
İdman

“Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarının idman proqramı açıqlanıb.

Beynəlxalq Paralimpiya Komitəsinin qərarı ilə Oyunların proqramına 22 idman növü – parabadminton, boccia, futbol (tam görmə məhdudiyyətli şəxslər), qolbol, paracüdo, parakanoe, paraatçılıq, masaüstü tennis, əlil arabasında tennis, əlil arabasında qılıncoynatma, əlil arabasında basketbol, kamandan oxatma, paraatletika, parapauerliftinq, oturaq voleybol, paraüzgüçülük, paraavarçəkmə, güllə atıcılığı, parataekvondo, paratriatlon, əlil arabasında reqbi və paravelosiped daxil edilib.

Qeyd edək ki, “Los-Anceles 2028” XVIII Yay Paralimpiya Oyunları 2028-ci il avqustun 22-dən sentyabrın 3-dək keçiriləcək.

Infoteka.az