Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edilib ki, fevralın 1-də baş tutacaq səfər Estoniya XİN rəhbəri Urmus Reinsalunun dəvətilə gerçəkləşdiriləcək.
Görüşlərdə iki dövlət arasında münasibətlər, Türkiyə - Avropa İttifaqı əlaqələri və beynəlxalq məsələlər müzakirə ediləcək.