Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə infoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən dörd nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, bu günə qədər isə ümumilikdə 7 487 550 test icra olunub.

Infoteka.az