ABŞ Prezidenti Co Bayden bu ayın sonunda Polşaya səfəri çərçivəsində bu ölkənin lideri Anjey Duda və Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşə bilər.
Qeyd olunub ki, görüş Polşanın paytaxtı Varşava şəhərində və ya Ukrayna ilə sərhəddə yerləşən Rzeşov şəhərində baş tuta bilər. Co Baydenin Ukraynaya səfəri planlaşdırılmayıb.
Nəşr bildirib ki, bu görüş Ukrayna münaqişəsinin həlli üçün həyata keçirilən görüşlər sxeminin bir hissəsinə çevrilməlidir. Həmin sxem çərçivəsində Zelenskinin 10 bənddən ibarət sülh planı təqdim ediləcək və Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin iştirak edəcəyi beynəlxalq konfransın çağırılması təklif ediləcək.
Bu ölkələr sırasında ABŞ-dan əlavə Kanada, Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya və Polşa da olacaq.