Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyü barədə müraciətini təsdiqləməyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının parlamentdəki iclasında çıxışı zamanı İsveçin NATO-ya üzvlüyünün təsdiq olunmayacağını, Finlandiyanın üzvlüyü ilə bağlı isə müsbət qərar verilə biləcəyini deyib.
“İsveç vaxtını boşuna sərf etməməlidir. Müqəddəs kitabımız – Quranın yandırılmasına və cırılmasına imkan verildiyi müddətdə sizin NATO-ya daxil olmanıza “hə” deyə bilmərik. Eyni zamanda, Finlandiyanın üzvlüyünə münasibətimiz müsbətdir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.