Infoteka.az
Sağlamlıq

Qışda hansı ədviyyat?

Dietoloqların fikrincə, qışda darçın, zəncəfil, hil əlavə edilmiş içkilər qəbul etmək çox faydalıdır. Darçının şəkərli diabet olan insanlara xeyri var. O içkilərə və yeməklərə gözəl dad versə də, qan­da şəkəri artırmır.

Darçının tərkibində mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malik al­deqid maddəsi var. Dar­çında olan antioksidantlar hüceyrələrin vaxtından əvvəl məhv edilməsinin qarşısını alır. Zəncəfilli çay qışda isinməyə kömək edir, həzm pozuntularını aradan qaldırır. Zəncəfil iltihab əleyhinə, antiseptik effektə malikdir, orqanizmdə piyləri parçalayan ferment ifrazını artırır. Qışda içkilərə hil də əlavə etmək faydalıdır. Hil, həmçinin şorba, tərəvəz, ət yeməklərinə də əlavə edilir. Bu ədviyyat orqanizmi doymamış yağ turşuları, askorbin turşusu, Vitamin B6, maqnezium, dəmir, kalsium, fos­for, sink ilə təmin edir.

Hil, eyni zamanda, qan təzyiqinin bərpasına kömək edir, maddələr mübadiləsini normallaşdırır, həzm və əsəb sisteminin işini yaxşılaşdırır. Mütəxəssislərin fikrincə, ədviyyatlardan uy­ğun miqdarda istifadə etmək lazım və vacibdir.

Infoteka.az