Infoteka.az
Sağlamlıq

11.00-da ye, 8 saat fasilə ver

Həkimlər yeməyinin saat 11-də başlanmasının sağlam­lığa çox fayda verdiyini açıqlayıblar. Bildiriblər ki, bu qay­da ilə qidalanma protokolu çox ciddi problemlərin, diabet, ürək xəstəliyi və xərçəngin qarşısını ala bilər. Belə ki, səhər saat 11-ə kimi yeməkdən imtina etmək vərdişi ömrünüzü 20 il uzada bilər.

Son zamanların yeni elmi araşdırmaları göstərir ki, insanlar çox tez-tez və normadan ar­tıq yeyirlər. Həzm siste­mi, qaraciyərə istirahət verilmir. Yeni qidalanma sisteminə görə, insan gecədən səhər 11-ə kimi 16 saat ac qalıb, 8 saatlıq fasilə ilə yesə, hüceyrələrin vacib proseslərinə yardım edə bilərik.

Artıq bir çox həkimlər bu metodu tövsiyə edirlər. Bu üsul pe­riodik acqalma kimi də tanınır. Bu zaman insan normal qayda­da, sadəcə, axşam elə saatda yeyir ki, ondan sonra 14–16 saat heç bir şey yeməsin. O biri gün saat 11-də isə səhər yeməyi, yaxud da, saat 12-də birbaşa nahar yemək mümkündür.

Həkim qeyd edib ki, bu üsula istənilən yaşda başlamaq olar.

Infoteka.az