Azərbaycanlı tanınmış aparıcı Jalə Həsənlinin yeni iş yeri bəlli olub.
İnfoteka.az xəbər verir ki, o, “İdrak liseyi”ndə İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bu barədə aparıcı özü məlumat verib. J. Həsənli bundan əvvəl isə uzun illər ATV və İTV telekanallarında çalışıb. O, bu ilin avqustunda İTV-dəki işindən ayrıldığını açıqlayıb.