Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,63% azalaraq 84,14 dollara enib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.