Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə gedib.
Bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.
"Bizim qətiyyətimizdə heç bir geriləmə olmayacaq. Biz həmçinin Aİ-yə inteqrasiya yolunuzda sizə hər addımda dəstək olacağıq", Mişel bildirib.
Qeyd edək ki, bu gün Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək. Şarl Mişellə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də Kiyevdədir. Onlar fevralın 2-də Ukraynaya gedib.