“İşğal olunmuş ərazilərdəki istənilən Rusiya obyektləri bizim qanuni hədəfimizdir”.
İnfoteka.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, istənilən əks-hücum əməliyyatları müdafiə müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Bu həm bizim, həm də müttəfiqlərimiz üçün aksiomdur”.