Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə infoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 760 nəfər müalicə olunaraq sağalıb, 10 094 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 1 982, hazırkı dövrədək isə 7 493 215 test aparılıb.

Infoteka.az