Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın tviter sosial şəbəkəsində paylaşımında deyilir.
“Fövqəladə Halların İdarə Olunması Agentliyinin koordinasiyası ilə bütün aidiyyəti bölmələrimiz həyəcan vəziyyətindədir. Axtarış-xilasetmə qruplarımız zəlzələdən zərər çəkmiş ərazilərə dərhal göndərilib. Daxili İşlər və Səhiyyə nazirliklərimiz, Fövqəladə Halların İdarə Olunması Agentliyi, valiliklər və digər qurumlar sürətlə işə başlayıb. Ümid edirəm ki, hamımız bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq. Biz işimizi davam etdiririk”, - deyə Prezident bildirib.
Dünya