Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən infoteka.az verilən məlumata görə, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905325776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.