Infoteka.az
Sosial

“Türk Hava Yolları”: Əlavə təyyarə reyslərini həyata keçirməyə hazırlaşırıq

“Xilasetmə işlərinə köməklik göstərməyə hazır olan qruplarımız və yaxınları ilə görüşmək istəyən vətəndaşlarımız üçün əlavə təyyarə reyslərini həyata keçirməyə hazırlaşırıq”.

Bu sözləri “Türk Hava Yolları”nın mətbuat müşaviri Yəhya Üstün özünün “Twitter” hesabında yazıb.

Yəhya Üstün əlavə edib ki, zəlzələdən zərər çəkmiş bölgələrə bilet alan sərnişinlər öz uçuş vaxtlarını pulsuz dəyişdirə və ya, ümumiyyətlə, səfərlərini ləğv etdirə bilərlər.

Infoteka.az