Infoteka.az
Dünya

Türkiyə Hava Yollarından kritik qərar

Kahramanmaraş və digər 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələdən sonra uçuşların bilet qiymətləri 13 fevral tarixinə qədər vergilər də daxil olmaqla 100 TL-yə təyin edilib.

“Zəlzələ bölgələrinə humanitar yardım və axtarış-xilasetmə qruplarının çatdırılması üçün əməliyyatlar davam edir”.

Bu barədə Türkiyə Hava Yollarının sözçüsü Yəhya Üstün sosial media hesabından verdiyi açıqlamada bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə doqquzu yük təyyarəsi olmaqla 47 uçuş həyata keçirilib.

“Bu çərçivədə yola düşən humanitar yardım təyyarələrimizin geri dönüş reyslərini vətəndaşlarımızın istifadəsinə təqdim edirik. Həm bu reyslərin, həm də bizim Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbula uçuşların bilet qiymətlərini 13 fevral tarixinə qədər vergilər də daxil olmaqla 100 TL-yə təyin edirik”, - deyə məlumatda vurğulanıb.

Infoteka.az