Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.
Bu barədə “Twitter“də paylaşım edib.
Paylaşımda deyilir: “Hörmətli Mehriban, başsağlığı mesajınız və kədərimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəkləriniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək gözəldir”.