Infoteka.az
Sosial

Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşü keçiriləcək

Gələn ay Azərbaycanda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşü keçiriləcək.

Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək.

Bunu Prezident İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbulu zamanı deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb.

Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılması vacibdir, bu cür yanaşmanın daha ədalətli olacaq.

Infoteka.az