Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli görüş olacaq.
İnfoteka.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu N.Paşinyan oktyabrın 5-də hökumətin iclasında bildirib.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.