Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.
İnfoteka.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
O qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir və reabilitasiyaları bitdikdən sonra dindiriləcək.
Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar işgəncələrə məruz qalmayıb.
Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.