Infoteka.az
Texnologiya

"TikTok"a qoyulan məhdudiyyət nə vaxt götürüləcək? - Rəsmi açıqlama

"TikTok" sosial şəbəkə platformasına ölkə ərazisində giriş müvəqqəti olaraq sentyabrın 14-dən Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılıb. Buna səbəb isə dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdır.

Bəs Azərbaycanda "TikTok"a qoyulan məhdudiyyət nə vaxt götürüləcək?

Bu barədə Sonxeber.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda hər hansı bir dəyişiklik yoxdur.

"Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq".

Infoteka.az