ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin sanksiyaları İranın neft-kimya və neft məhsulları ticarəti ilə məşğul olan doqquz şirkətə tətbiq olunur.
Sanksiyalar tətbiq olunan neft-kimya məhsullarının satışı və paylanması ilə məşğul olan şirkətin altısı İrana məxsusdur.
Maliyyə Nazirliyi bildirib ki, İranın neft-kimya şirkətləri ilə yanaşı, həmçinin bu şirkətlərin məhsullarını Şərqi Asiyadakı müştərilərə satmaqda vasitəçilik edən Sinqapurdakı iki şirkətə və Malaziyadakı bir şirkətə sanksiya tətbiq olunur.