Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan Türkiyəyə edilən digər yardımlar aşağıdakı kimidir:
Xilasetmə və tibbi personal - 745 nəfər
Mobil səhra hospitalı - 1 ədəd
Çadırlar - 479 ədəd
Səhra mətbəxi - 4 ədəd
Generator - 5 ədəd
Zəruri ləvazimatlar və məhsullar - 14380 ədəd
İsti geyim - 32480 ədəd
Qida məhsulları - 3000 bağlama
Təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilməsi
Dərmanlar və tibbi ləvazimatlar - 211709 ədəd.
Heydər Əliyev Fondu tərəfindən:
Çadırlar - 60 ədəd
İsti geyim və digər ləvazimatlar - 47 000 ədəd
Dərmanlar və tibbi ləvazimatlar - 400000 ədəd
Fiziki şəxslər və digər özəl şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.
Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.