Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ilə görüşüb.
Bu barədə Çavuşoğlu "Twitter" hesabında bildirib.
"BMT Baş Katibinin humanitar məsələlər üzrə müavini və təcili yardım koordinatoru ilə görüşərək BMT və onun institutlarının zəlzələ bölgəsindəki fəaliyyətini müzakirə etdik", - türkiyəli nazir qeyd edib.