Putinin Fransanın “Fəxri Legion” ordenindən məhrum edilməsi problem olmayacaq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Fransa Prezidenti Emmanuel Makronun Vladimir Putini “Fəxri Legion” ordenindən məhrum edə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Kremlin sözçüsü bunun problem olmayacağını söyləyib.
"Rusiya Federasiyası Prezidentinin prioritet kimi başqa məsələləri var", - deyə Putinin sözçüsü vurğulayıb.