Ukrayna Nazirlər Kabineti ABŞ-dan 6 milyard dollar məbləğində qrantın cəlb edilməsi barədə qərarı təsdiqləyib.
Bu barədə Baş nazir Denis Şmıxal hökumətin iclasında deyib.
"Bu, sosial proqramlara, təhsilə, tibbə də ayıracağımız vəsaitdir. Müvafiq qrant Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən idarə olunan Donor Fondu vasitəsilə veriləcək”, - Şmıqal deyib.
Baş nazir həmçinin bildirib ki, bu ilin əvvəlindən beynəlxalq tərəfdaşlar artıq Ukraynaya 4,2 milyard dollar vəsait verib.