“Zəlzələnin ilk günündən göstərdiyi həmrəylik və dəstəyi ilə bizi tək qoymayan Can Azərbaycanın xarici işlər naziri dəyərli qardaşım Ceyhun Bayramova təşəkkür etdik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter“ hesabında paylaşıb.
“Biz azərbaycanlı qardaşlarımızla bir millət, iki dövlətik. Kədərimiz və sevincimiz birdir”, – nazir vurğulayıb.