Infoteka.az
Siyasət

Ceyhun Bayramov Qahirə şəhərinə işgüzar səfərə gedib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.

Infoteka.az