Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Bu barədə Şarl Mişel "Twitter" hesabında məlumat yayıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdım. Türkiyə xalqına başsağlığı, həmrəylik və dəstəyimi bildirdim.
Mən bir daha qeyd etdim ki, Türkiyə tək deyil. Aİ və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər", - deyə Şarl Mişel bildirib.
Prezident Şarl Mişel Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə minnətdarlığını da ifadə edib.