Infoteka.az
Sosial

Nazir bu şəxsləri təltif etdi - ƏMR

Azərbaycanda 174 təhsil işçisi Təhsil Nazirliyi tərəfindən təltif edilib.

Infoteka.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Onlar təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.

Təhsil işçilərinin 58-i "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına, 116-sı isə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülüb.

 

Infoteka.az