Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla, filmlər çəkilə bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir.
Şəhidlik dərəcəsi elə bir ali mərtəbədir ki, Uca Allah Qurani-Kərimdə onun mahiyyətinin insanlar tərəfindən bilinməyəcəyini ifadə etmişdir. Müqəddəs kitabımızda belə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (əl-Bəqərə, 154).
Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir.
infoteka.az saytı artıq 3 aydır ki, "Unudulmayanlar" adlı yeni rubrika ilə hər həftə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilmiş həyat yolu haqqda məlumatları video formatda sizlərə təqdim edir:
Şəhidlərin məzarı xalqın qəlbindədir. Xalq yaşadıqca, onlar da yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!