Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-ın qərargahında bildirib.
Onun sözlərinə görə, 105 505 nəfər yaralı var.
Qeyd olunub ki, zəlzələdə yaralananlardan 13 208-nin xəstəxanada müalicəsi davam etdirilir.