Infoteka.az
Dünya

Çavuşoğlu və Borrel arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel arasında telefon danışığı olub.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Dağıdıcı zəlzələlərlə bağlı Türkiyə xalqına dərin hüznlə başsağlığı vermək və həmrəyliyimi ifadə etmək üçün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdım.

Aİ yardım səylərini dəstəkləməyə və yenidənqurma prosesinə töhfə verməyə davam edəcək", -Borrel bildirib.

Infoteka.az