Infoteka.az
Dünya

Lavrov Moldovanın Rusiyaya qarşı ittihamlarına cavab verib

Moldova hakimiyyəti daxili siyasətdə uğursuzluğa görə ittihamlardan yayınmaq üçün anti-Rusiya ritorikasından istifadə etmək istəyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda bildirib.

Moldovanın Rusiyanı ölkəsində dövlət çevrilişi planlaşdırmaq ittiham etməsinə münasibət bildirən Lavrov qeyd edib ki, Rusiya Federasiyası Moldova ilə yaxşı münasibətlər qurmaq istəyir və hesab edir ki, Kişinyovdakı siyasətçilər Moldova xalqının maraqlarını əks etdirmirlər.

Rusiya XİN başçısının sözlərinə görə, Moldova Rusiyanı ittiham edərək ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq istəyir.

Infoteka.az