Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirib.
Ə.Məmmədov adına 101 saylı tam orta məktəbdə sakinlərlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin, eləcə də qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Həmçinin, sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sosial