Infoteka.az
Dünya

Zelenski müttəfiqlərə Ukraynaya dəstəklə bağlı qərarlarda tələsməyə çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiq ölkələrin liderlərini onun ölkəsinə dəstəklə bağlı qərarlarda tələsməyə çağırıb.

Ukrayna lideri bu barədə Münhen Təhlükəsizlik Konfransında videoformatda çıxışında deyib.

“Tələsmək lazımdır. Rusiyanın potensialını məhdudlaşdırmaq üçün qərarlarımızın, razılaşmalarımızın sürətini gücləndirməyə, çatdırılmanı sürətləndirməyə ehtiyacımız var. Sürətin alternativi yoxdur, çünki həyat sürətdən asılıdır. Gecikmək həmişə səhv olub və indi də səhvdir. Biz müasir tanklarla müdafiəmizi necə gücləndirmək barədə danışıqlar apararkən, Kreml Moldovanı boğmağın yollarını düşünür. Ukraynanın Putinin işğalının son dayanacağı olmayacağı aydındır və o, digər keçmiş Sovet ölkələrinə doğru irəliləməyə davam edəcək", - Zelenski əlavə edib

Infoteka.az