Infoteka.az
Dünya

Almaniyada ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub

Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən ABŞ-a hərbi-nəqliyyat təyyarəsi ilə qayıdacaq.

Bu barədə Birləşmiş Ştatlardan olan jurnalisti Cennifer Ceykobs öz “Twiter”ində yazıb.

“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a “Boeing C-17 Globemaster” hərbi təyyarəsi ilə qayıdacaq”- deyə jurnalist vurğulayıb.

Infoteka.az