Kiyevdə səfərdə olan ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə bu ölkəyə daha 500 milyon dollar yardım ayıracağını bildirib.
Görüşdə Ukraynaya uzaq mənzilli raketlərin verilməsi müzakirə edilib.
Baydenin Ukrayna hərbi yardımla bağlı fevralın 21-də geniş açıqlama verəcəyi gözlənilir.
Yeni yardım paketinə döyüş sursatları, mərmilər, radar və tank əleyhinə sistemlər daxil olacaq.