ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə etdik.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT sədri və ATƏT Baş katibi ilə birgə mətbuat konfransında bildirib.
O, tərəflərlə ATƏT-in qarşı-qarşıya qaldığı məsələləri, o cümlədən büdcə məsələlərini, islahatları da müzakirə etdiyini vurğulayıb.
Türkiyə XİN rəhbəri ölkəsi ilə Şimali Makedoniya arasında mədəni və tarixi bağların olduğunu diqqətə çatdırıb.