İranda zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Maqnitudası 5,3 olan zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 113 km şimal-qərbdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.