Rusiya Prezidenti Vladimir Putin Ukraynada “xüsusi hərbi əməliyyatı” davam etdirmək niyyətində olduğunu açıq şəkildə bəyan etdi.
Bunu Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti fevralın 21-də Putinin Federal Məclisə müraciətinə münasibətə dair məlumatında bildirib.
“O, Qərb elitasını “prinsipsiz yalanların simvolu” kimi xarakterizə etdi və Rusiyanı yeni START müqaviləsindən kənarlaşdırdı.
Putin son altı ayda çıxışlarındakı döyüşkən, hədə tonunu davam etdirdi, lakin hazırda döyüş meydanında dalana dirənən Rusiyanın vəziyyətdən çıxara biləcək heç bir praktiki tədbir barədə danışmadı.
Putin ekzistensial mübarizə ilə bağlı ziddiyyətli hekayəsini təqdim etməyə davam edir, ancaq eyni zamanda, Rusiyada hər şeyin qaydasında olduğunu və plana uyğun getdiyini israr edir. Bu, onun hər iki mesajını qeyri-effektiv edir", - Britaniya MN-dən bildirilib.