ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana gedə bilər.
Bunu Qazaxıstan XİN rəhbəri Muxtar Tleuberdı hökumətin bu gün keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Blinkenin Astanaya mümkün səfəri ilə bağlı Amerika tərəfdən rəsmi təsdiq gözlənilir və hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, daha öncə Qazaxıstan KİV-də “C5+1” formatında nazirlər səviyyəsində illik toplantının Astanada keçiriləcəyi və orada iştirak üçün ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstana səfərinin gözlənildiyi barədə məlumat yayılıb.