Infoteka.az
Dünya

Putin Çin liderinin Rusiyaya səfər edəcəyini təsdiqləyib

Bu gün beynəlxalq münasibətlər mürəkkəbdir. İki qütblü sistemin çöküşündən sonra bu münasibətlər yaxşı olmadı, əksinə daha kəskin xarakter almağa başladı.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ ilə görüşündə bildirib.

“Bununla əlaqədar beynəlxalq arenada Rusiya ilə Çin arasında əməkdaşlıq dəfələrlə qeyd etdiyimiz kimi beynəlxalq vəziyyətin sabitləşməsi üçün çox vacib əhəmiyyətə malikdir. Biz digər sahələrdə də əməkdaşlıq edirik. Biz Çin Xalq respublikasının sədri Si Cinpinin Rusiyaya səfərini gözləyirik. Biz bu barədə əvvəldən razılaşmışıq”, deyə Rusiya Prezidenti vurğulayıb.

Putin Çin rəhbəri ilə şəxsi görüşünün ölkələr arasındakı münasibətlərin inkişafına əlavə təkan verəcəyini qeyd edib.

Infoteka.az