Infoteka.az
Dünya

Almaniyanın xarici və daxili işlər nazirləri zəlzələ bölgəsində olublar

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Faeser 6 fevralda baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərin episentri Kahramanmaraşın Pazarcık rayonunda olub.

Almaniyanın xarici işlər naziri Annalena Berbok və daxili işlər naziri Nensi Fezer 6 fevralda baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərin episentri Kahramanmaraşın Pazarcık rayonunda olub.

Nazir Berbok və Fezer zəlzələdən sonra yaradılmış çadır şəhərciyinin sakinləri ilə bir araya gəlib. Könüllü alman həkimlər tərəfindən qurulan tibbi xidmət çadırına da baş çəkdikdən sonra rayon mərkəzində dağıntıların olduğu əraziləri gəzərək jurnalistlərə açıqlamalar veriblər.

Almaniyanın xarici işlər naziri Berbok: “Gördüklərimə inanmaqda çətinlik çəkirəm, fəlakətin ölçüsünü sözlə ifadə etmək mümkün deyil. Belə bir vəziyyət qarşısında beynəlxalq yardımın nə qədər əhəmiyyətli olduğunu daha bir daha müşahidə etdim. Almaniya hökuməti olaraq çadır, tibbi ləvazimat, ərzaq yardımı, ədyal və generator üçün daha 50 milyon avro ayırdıq. Bununla  ölkəmizin yardım miqdarı 108 milyon avroya çatıb”.

Almaniyada qohumu olanların viza prosesini asanlaşdırdıqlarını ifadə edən nazir bölgəyə viza üçün müraciət ediləcək “viza avtobusu” göndərdiklərini də sözlərinə əlavə edib.

Almaniyanın daxili işlər naziri Fezer də zəlzələ qurbanları ilə həmrəy olduqlarını, bölgədə yalnız kədərə yox, yardımların  planlı çatdırıldığına da şahid olduqlarını qeyd edib və aparılan işləri aldışladıqlarını bildirib.

Infoteka.az